14 may 2011 16:42
İqor Mitreski: XL-la oyunda uduzsaq da olar
“Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski Premyer Liqanın 31-ci turunun “Qarabağ”la oyunundan (0:3) sonra azerisport.az saytının suallarını cavablayıb.
- “Neftçi” bu mövsüm hələ belə hesabla uduzmamışdı...
- “Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Hamınız gördünüz ki, bu gün bizdə heç nə alınmırdı. Amma məncə hər şeydən önəmlisi bizim artıq çempion olmağımızdı. Komandada bir qədər yorğunluq var. Əksər aparıcı oyunçularımız bu görüşdə çıxış etmirdi. Bu da təbii ki, sözünü deməyə bilməzdi. İndi istirahət etməyimiz vacibdi. Bu, həm də qarşıdakı “Xəzər Lənkəran”la mövsümün son oyunu öncəsi yaxşıdı.
- Məğlubiyyətə nə səbəb oldu?
- Həddən artıq isti var idi. Rəqibdə isə bizdən fərqli hər şey alınırdı. Onlar daha yaxşı oyun sərgilədilər ki, nəticədə də qələbə qazandılar. Ciddi heç nə baş vermədi.
- Ola bilsin ki, heç bu heyətdən ciddi nəsə gözlənilmirdi?
- Fikrimcə, bəli. Hazırda heyətimizdə çoxlu gənclərə yer verilir ki, onların hələ zamana ehtiyacı var.
- Bəs “Xəzər Lənkəran”a qarşı necə oynayacaqsız?
- “Neftçi” artıq çempiondu və lənkəranlılara uduzsaq da belə, qorxulu heç nə baş verməyəcək. Amma yenə də qələbə qazanmağa çalışacağıq. Öz meydanımızda, doğma azarkeşlərimizin dəstəyi altında oynayacağıq. Çempion komandanın azarkeşlərini sevindirməyə çalışacağıq.
- Quzanlıda oynamaq sizin üçün nə dərəcədə yaddaqalan oldu?
- Biz burdakı insanları sevindirmək üçün gəlmişdik. Belə dolu tribunalar qarşısında oynamaq həmişə xoşdu. Fikrimcə, bugünkü oyun burdakı insanlar üçün əls bayram oldu. Oyundan öncə Ağdam, Quzanlı haqda bəzi məlumatlar toplamışdım, xəritəyə baxmışdım. Bu ərazidə vaxtilə müharibə gedirmiş. Əlbəttə, təəssüf edirəm ki, hər şey belə alınıb. Çox gözəl yerlərdi. Ümid edirəm ki, Azərbaycan üçün bundan sonra daha gözəl olacaq.