14 may 2011 18:01
Yığmamızı Bakıya buraxmadılar
Mayın 10-dan etibarən “FA of Moldova Cup” turnirində çıxış edən və bu gün həmin turnirin qalibi adını qazanmış 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması vətənə bir qədər gec qayıdacaq. Azerisport.az xəbər verir ki, Təbriz Həsənovun komandası Kişinyov şəhərində təlim-məşq toplanışı keçirəcək.
Yığmamızın Moldovadakı hazırlıq prosesi mayın 22-də başa çatacaq.
