14 may 2011 21:08
İngiltərə kubokunun qalibi müəyyənləşdi
Bu gün İngiltərədə Premyer Liqanın qalibiylə yanaşı həm də Federasiya kubokunun yeni sahibi müəyyənləşib. Belə ki, “FA Cup”ın finalında üz-üzə gələn “Stoke City” ilə “Manchester City” kubokun qalibini müəyyənləşdiriblər.
Tərəflər kubokun qalibini məşhur “Uembli” stadionunda müəyyənləşdiriblər. İlk yarısı qolsuz tamamlanan final matçında “Manchester City”, ikinci yarıda vurduğu tək qolla kubokun sahibi olmağı bacarıb. Mançesterlilərə kuboku gətirən qolu 75-ci dəqiqədə Yaya Ture vurub.
Qeyd edək ki, “FA Cup”da son çemiyonluğunu 1969 mövsümündə “Leicester City” üzərindəki 1:0 hesablı qələbəylə qazanan “Manchester City” düz 42 illik fasilədən sonra bu uğura imza atdı. Mançesterlilər bununla da 5-ci dəfə Federasiya Kubokunu qazanmağın sevincini yaşamış oldu.
