14 may 2011 21:25
Almaniya çempionatı Mövsümə yekun vuruldu
Almaniya Bundesliqasında sonuncu - 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, mövsümün yekun turunun bütün görüşləri eyni gündə və saatda baş tutub.
Artıq iki tur öncədən çempionluğunu rəsmiləşdirmiş Dortmund “Borussia”sı dogma meydanda “Eintracht” ilə qarşılaşıb və rəqibini məğlub edib. Nəticədə millimizin qapıçısı Kamran Ağayevin xidmətində maraqlı olduğu iddia olunan Frankfurt klubu aşağı liqaya düşüb. iyyətlə üzləşib. Elitanı tərk edən digər klub isə səfərdə “Mainz”a uduzan “St. Pauli” olub. Berti Foqtsun dogma klubu olan Münhenqladbax “Borussia”sı isə “Hamburger”lə səfər matçında bir xal qazanmaqla liqada qalmaq şansını pley-off matçına buraxıb. İndi bu komanda aşağı liqadan gələn bir komanda ilə mübarizədən qalib çıxmalıdı.
Bundesliqanın gümüş medallarını səfərdə “Freiburg” üzərində minimal hesablı qələbəyə sevinən “Bayer” qazanıb. Ötən mövsümün çempionu “Bayern” isə bürünc medallarla kifayətlənib.
Almaniya Bundesliqası
34-cü tur
14 may
Cologne – Schalke – 2:1
Qollar: Novakoviç, 25, Jajalo, 60 – Raul, 87.
Bayern – Stuttgart – 2:1
Qollar: Qomes, 37, Şvaynştayger, 71 – Okazaki, 25.
Borussia (Dortmund) – Eintracht – 3:1
Qollar: Barrios, 68; 90, Russ, 72-öz qapısına – Rode, 46.
Meydan sahiblərinin üzvlərindən Barrios və Dede müvafiq olaraq matçın 12 və 81-ci dəqiqələrində penaltilərdən yararlana bilməyiblər.
Freiburg – Bayer – 0:1
Qol: Balitş, 45.
Hamburger – Borussia (Münhenqladbax) – 1:1
Qollar: Ben-Hatira, 71 – Arango, 42.
Hannover – Nurnberg – 3:1
Qollar: Haqquy, 30, Rauş, 60, Konan Ya, 78-pen – Vyessmeyer, 25.
Hoffenheim – Wolfsburg – 1:3
Qollar: Firmino, 49 – Mandzukic, 60; 74, Ryeter, 78.
Kaiserslautern – Werder – 3:2
Qollar: Nemec, 7, Rodney, 9, Lakiç, 30 – Frinqs, 43, Arnautoviç, 56.
Matçın 52-ci dəqiqəsində qonaqların oyunçusu Frinqs penaltidən yararlana bilməyib
Mainz - St. Pauli – 2:1
Qollar: Şörl, 58, Allaquy, 82 – Lemman, 42.
| 1 | Borussia D | 34 | 23 | 6 | 5 | 67 | - | 22 | 75 |
| 2 | Bayer | 34 | 20 | 8 | 6 | 64 | - | 44 | 68 |
| 3 | Bayern M | 34 | 19 | 8 | 7 | 81 | - | 40 | 65 |
| 4 | Hannover | 34 | 19 | 3 | 12 | 49 | - | 45 | 60 |
| 5 | Mainz | 34 | 18 | 4 | 12 | 52 | - | 39 | 58 |
| 6 | Nurnberg | 34 | 13 | 8 | 13 | 47 | - | 45 | 47 |
| 7 | Kaiserslautern | 34 | 13 | 7 | 14 | 48 | - | 51 | 46 |
| 8 | Hamburger | 34 | 12 | 9 | 13 | 46 | - | 52 | 45 |
| 9 | Freiburg | 34 | 13 | 5 | 16 | 41 | - | 50 | 44 |
| 10 | Cologne | 34 | 13 | 5 | 16 | 47 | - | 62 | 44 |
| 11 | Hoffenheim | 34 | 11 | 10 | 13 | 50 | - | 50 | 43 |
| 12 | Stuttgart | 34 | 12 | 6 | 16 | 60 | - | 59 | 42 |
| 13 | Werder | 34 | 10 | 11 | 13 | 47 | - | 61 | 41 |
| 14 | Schalke | 34 | 11 | 7 | 16 | 38 | - | 44 | 40 |
| 15 | Wolfsburg | 34 | 9 | 11 | 14 | 43 | - | 48 | 38 |
| 16 | Borussia M | 34 | 10 | 6 | 18 | 48 | - | 65 | 36 |
| 17 | Eintracht | 34 | 9 | 7 | 18 | 31 | - | 49 | 34 |
| 18 | St.Pauli | 34 | 8 | 5 | 21 | 35 | - | 68 | 29 |
