17 may 2011 00:08
Türkiyə çempionatı: Beşiktaş İnönü`yə qələbə ilə vida etdi (YENİLƏNİB)
Türkiyə Superliqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Antalyaspor” dogma meydanda “Karabükspor”la qarşılaşmanın elə 1-ci dəqiqəsində hesabı açsa da, fasilədən sonra buraxdığı qollarla məğlub olub.
İkinci oyun günündə isə “Konyaspor” “Sivasspor”la ev oyununda qələbəni son saniyələrdə əldən verməsinə üzülüb. “Manisaspor” “Bucaspor”u inamlı qələbə ilə məğlub yola salarkən, “Genclerbirligi” də “Galatasaray”a yenilib. Nəticədə “sarı-qırmızılar” yeni prezidentləri Ünal Aysala qələbə ilə xoş gəldin deyiblər.
Üçüncü oyun günü isə daha çox çempionluq uğrunda mübarizə aparan komandaların görüşləriylə əlamətdar olub. Öncə son çempion "Bursaspor" 3 qolla 3 xala sahib çıxıb. Lider "Fenerbahçe" isə buna 6 qolla nail olub. Lakin bu, çempionluq üçün yetərli olmayıb. Çünki "Trabzonspor" da turu qələbə ilə başa vurub.
Turun qapanış matçında isə avrokuboklara vəsiqə üçün mübarizə aparan "Beşiktaş"la "Eskişehirspor" qarşılaşıb. "Qara qartal" doğma meydanda keçirdiyi son matçda inamlı qələbəyə sevinib.
Türkiyə Superliqası
33-cü tur
13 may
Antalyaspor – Karabükspor – 1:2
Qollar: N.Ateş, 1 – Çoelho, 68; 87.
14 may
Konyaspor – Sivasspor – 1:1
Qollar: Qrayçyar, 57 – Zayatte, 90-öz qapısına.
Manisaspor – Bucaspor – 4:2
Qollar: Y.Gökoglan, 45, Makukula, 75, M.Erdoğan, 78, J.Simpson, 90 – Mendi, 24, M. Aydın, 71.
Genclerbirligi – Galatasaray – 2:3
Qollar: E.Aygün, 27; 79 – Kyuel, 44, Kulio, 47, K.Kazım, 85.
15 may
Kasımpaşa - Bursaspor - 0:3
Qollar: İ.Öztürk, 12, T.Bahadır, 50, Has, 80.
Kayserispor - Gaziantepspor - 1:2
Qollar: Ö.Turacı, 80 - O.Adin, 64, M.Ceylan, 85.
Fenerbahçe – Ankaragücü - 6:0
Qollar: Aleks, 26-pen, 30-pen, 48-pen, 83; 90, B.İrtegun, 74.
Trabzonspor - İstanbul BB - 3:1
Qollar: Brozek, 5, B.Yılmaz, 9, Jaja, 45 - Holmen, 58.
16 may
Beşiktaş – Eskişehirspor - 3:1
Qollar: Fernandes, 37, Almeyda, 58, Simao, 87-pen - Zengin, 26.
| 1 | Fenerbahce | 33 | 25 | 4 | 4 | 80 | - | 31 | 79 |
| 2 | Trabzonspor | 33 | 24 | 7 | 2 | 65 | - | 23 | 79 |
| 3 | Bursaspor | 33 | 16 | 10 | 7 | 49 | - | 29 | 58 |
| 4 | Gaziantepspor | 33 | 17 | 7 | 9 | 44 | - | 33 | 58 |
| 5 | Besiktas | 33 | 15 | 8 | 10 | 53 | - | 36 | 53 |
| 6 | Kayserispor | 33 | 14 | 8 | 11 | 43 | - | 41 | 50 |
| 7 | Eskisehirspor | 33 | 11 | 11 | 11 | 37 | - | 40 | 44 |
| 8 | Karabukspor | 33 | 12 | 8 | 13 | 46 | - | 49 | 44 |
| 9 | Galatasaray | 33 | 13 | 4 | 16 | 39 | - | 46 | 43 |
| 10 | Manisaspor | 33 | 13 | 3 | 17 | 49 | - | 52 | 42 |
| 11 | Istanbul BB | 33 | 12 | 5 | 16 | 40 | - | 45 | 41 |
| 12 | Ankaragucu | 33 | 10 | 11 | 12 | 50 | - | 59 | 41 |
| 13 | Genclerbirligi | 33 | 10 | 10 | 13 | 43 | - | 50 | 40 |
| 14 | MP Antalyaspor | 33 | 9 | 12 | 12 | 38 | - | 46 | 39 |
| 15 | Sivasspor | 33 | 8 | 11 | 14 | 40 | - | 53 | 35 |
| 16 | Bucaspor | 33 | 6 | 7 | 20 | 34 | - | 62 | 25 |
| 17 | Konyaspor | 33 | 4 | 12 | 17 | 28 | - | 47 | 24 |
| 18 | Kasimpasa | 33 | 5 | 8 | 20 | 31 | - | 67 | 23 |
