15 may 2011 00:01
Bundesliqa klubunda 5 qat çempion baş məşqçi
Almaniya Bundesliqa komandalarından “Köln” artıq yeni mövsüm üçün hazırlıqlara indidən start verib. Azerisport.az xəbər verir ki, Bundesliqanın cari mövsümünün yekun günündə bu klubun rəhbərliyi yeni mövsüm üçün baş məşqçisinin adını rəsmən açıqlayıb.
Belə ki, bu komandanı yeni mövsümdən etibarən norveçli Stale Solbakken çalışdıracaq. Maraqlıdı ki, “Köln” rəhbərliyi bu qərarını son turun “Schalke” ilə oyunundan dərhal sonra açıqlayıblar. Yeni baş məşqçi ictimaiyyətə mayın 16-da təqdim olunacaq.
Danimarkanın “Copenhagen” klubunu çalışdıran və 2006, 2007, 2009, 2010 və 2011 illərdə komandasını çempion edən Solbakken Norveç Futbol Federasiyası ilə də danışıqlar aparırdı. Belə ki, bu mütəxəssisi ölkəsinin milli komandasının sükanı arxasına gətirmək istəyirdilər. Lakin almanların daha cəld tərpənməsi bəhrəsini verib.
