14 may 2011 00:11

Neftçi`nin daha bir potensial rəqibi müəyyənləşdi

Daha bir ölkədə yeni mövsümün çempionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq Moldovada da qızıl medalların taleyinə tam aydınlıq gəlib.
 
Belə ki, dünən səfərdə “Costuleni” ilə qarşılaşmada minimal hesablı qələbəyə sevinən “Dacia” vaxtından öncə çempionluğunu rəsmiləşditib. Kişinyov klubu finişə iki tur qalmış bütün rəqibləri üçün əlçatmaz olub.
 
Bu komandanın əsas rəqibi “Sheriff” də turu 7 cavabsız qolla qazandığı qələbə ilə başa vurub. Lakin bu, son iki turda “Dacia” ilə 9 xallıq fərqi aradan qaldırmağa yetərli olmayacaq.
 
Qeyd edək ki, Kişinyov klubu ilk dəfə ölkə çempionu adını qazanıb. “Dacia” bunun sayəsində ilk dəfə Moldovanı Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. Ölkəmizi bu turnirdə “Neftçi”nin təmsil edəcəyini nəzərə alsaq, bu komanda həm də çempionumuz üçün potensial bir rəqibə çevrilib.
 
1 Dacia Chisinau 37 25 11 1 62 - 16 86
2 Sheriff 37 22 11 4 74 - 15 77
3 Milsami 37 21 9 7 61 - 21 72
4 Olimpia 37 20 11 6 57 - 28 71
5 Zimbru 37 20 10 7 53 - 20 70
6 Iskra-Stali 37 19 11 7 57 - 23 68
7 CSCA-Rapid 37 15 10 12 38 - 33 55
8 Tiraspol 37 16 6 15 53 - 43 54
9 Academia UTM 37 14 10 13 42 - 32 52
10 Costuleni 37 7 6 24 23 - 61 27
11 Nistru 37 7 4 26 32 - 70 25
12 Sfintul Gheorghe 37 5 7 25 26 - 79 22
13 Dinamo Bender 37 6 4 27 23 - 109 22
14 Gagauziya 37 6 2 29 35 - 86 20

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.