14 may 2011 00:16

Gümüşün taleyi son tura qaldı

Premyer Liqada daha bir tura yekun vuruldu. Azerisport.az xəbər verir ki, mövsümün sondan əvvəlki turu demək olar ki, heç bir ciddi dəyişikliyə səbəb olmadı.

Bu mənada xüsusilə “Qarabağ”la “Neftçi” arasındakı Azərbaycan derbisində Ağdam təmsilçisinin qələbə qazanacağı öncədən də gözlənilirdi. Axı heç bir motivasiyası qalmayan yeni çempion məhz bu üzdən səfərdə heç də əsas heyətlə yollanmamışdı. Amma Ağdam təmsilçisinə ikinci pilləni tutmaq baxımından qələbə qazanmaq çox vacib idi. Bu mənada qarşılaşmanın Quzanlıda keçirilməsi də Qurban Qurbanovun şanslarını artırırdı.
 
Gözlənildiyi kimi, bir illik fasilədən sonra doğma azarkeşləri qarşısında oyuna çıxan ağdamlılar matça daha fəal başladılar. Artıq görüşün 12-ci dəqiqəsində dubla imza atan Georgi Adamiya “Qarabağ”ın qələbə qazanacağına şübhə yeri qoymadı. Gürcü yarımmüdafiəçi matçın qalan dəqiqələrində daha bir qol vurmaqla yeni çempiona ilk məğlubiyyət acısını daddırmış oldu. Özü də “ağ-qaralar”ın bu yenilgisi böyükhesablı olması ilə diqqət çəkdi. Nəticədə “Qarabağ” ən azı bir neçə saatlıq da olsa, ikinci pilləyə yüksəlmiş oldu. Baxmayaraq ki, bu yüksəliş müvəqqəti oldu. Bu haqda bir qədər sonra. Hələlik isə bu turun bəlkə də mövsümün sonuna kimi qalacaq dəyişikliyi haqda danışmaq istərdik.
 
Quzanlıdakı qarşılaşmanın qəhrəmanı olan Georgi Adamiya het-tirkə imza atmaqla həm keçmiş komandasına ağır zərbə vurmuş oldu, həm də “ağ-qaralar”ın hazırkı hücumçusu Bahodir Nasimova. Vaxtilə vurduğu 15 qolla çempionatımızın ən sərrast oyunçusu olmasıyla təsəlli tapan Nasimov artıq bundan da məhrum oldu. Yeni ildəki susqunluğu ona baha başa gəldi. Hər kəs komanda yoldaşı Flavinyonun onu qabaqlayacağını gözləsə də, son dövrlər braziliyalı futbolçu kimi məhsuldarlığıyla seçilən Adamiya nəhayət ki, çempionatımızın bombardirlər yarışında sükutu pozdu. O, bir oyuna vurduğu 3 qolla nəniki Bahodiri qabaqladı, hətta fərq də yaratdı. Bunun nəticəsində artıq gözləmək olar ki, 2010-2011-ci il mövsümünün ən məhsuldar futbolçusu məhz Adamiya olacaq.
 
“Qarabağ”ın qələbə qazanması nəticəsində Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Bakı” görüşündə də meydan sahiblərinin qələbə qazanması şərtlənmiş oldu. Axı əks halda cənub təmsilçisi son tur ərəfəsində gümüş medal qazanmaq şansını azaltmış olacaqdı. Məhz bu üzdən Mirça Rednikin yetirmələrinin də son ev oyununda qələbəsi heç bir təəccüb doğurmadı. Düzdü, ilk yarıda heç bir motivasiyası qalmayan qonaqlar müəyyən müqavimət göstərsə də, fasilədən sonra meydan sahibləri lazım olan qolları vurmağa nail oldular. Baxmayaraq ki, “Bakı” da sərgilədiyi oyunla səfərə heç də məğlub olmaq üçün yollanmadıqlarını isbatlamağı bacardılar.
 
Nəhayət, hesabat turunun qapanış matçında dördüncü pilləni tutmaq uğrunda gərgin mübarizə aparan “İnter”lə AZAL öz aralarındakı mübarizəyə aydınlıq gətirdilər. Cari mövsümdə AZAL-la oyunları alınmayan “bankirlər” yalnız bu rəqibini kubok matçında yenə bilmişdi ki, bunun sayəsində də finala yüksəlmişdilər. Lakin kubokun həlledici matçında uduzacağı halda “bankirlər” avrokuboklardan da kənar qalacaq. Çünki belədə həmin vəsiqə dördüncü pillədə qərarlaşan AZAL-a qismət olacaq. Məhz bu üzdən avrokuboklara vəsiqəni sığortalamaq üçün eyni xala malik komandaların duelində meydan sahibləri qələbə qazanmağa borclu idi. Lakin Avropaya yeganə yolu dördüncü pillədən keçən “təyyarəçilər” də ən azı uduzmamaqla, hazırkı mövqeyini qorumağı düşünürdülər. Elə 90 dəqiqənin tamamında da məhz Nazim Süleymnavun yetirmələrinin istəyi gerçək oldu. Onlar paytaxt derbisində yenə “İnter” üçün uğursuz rəqib olduqlarını isbatlamış oldular.
 
Premyer Liqa
31-ci tur
 
Qarabağ - Neftçi - 3:0 (2:0)
Qollar: Georgi Adamiya, 5 (1:0), Georgi Adamiya, 13 (2:0), Georgi Adamiya, 49-pen (3:0).
Vərəqələr: Devran Ayhan, 63 - Araz Abdullayev, 36, Ruslan Qurbanov, 42.
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
13 may 2011. Quzanlı Olimpiya İdman kompleksinin stadionu. 3000 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (18. İlqar Qurbanov, 71), 20. Nderim Nedzipi (72. Devran Ayhan, 61), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (11. Rauf Əliyev, 81).
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 13. Samir Abasov, 19. Andrey Rubin.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 12. Elçin Sadıqov, 3. Denis Silva, 4. Yasin Hima (28. Amit Quluzadə, 56), 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 14. Bahodir Nasimov, 17. Araz Abdullayev (22. Ruslan Qurbanov, 38), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 37), 26. Tərlan Quliyev, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 34. Vitali Kovalyov, 8. Elmar Baxşıyev, 29. Eltun Yaqublu, 30. İlham Allahverdiyev.
Baş məşqçi: Arif Əsədov.
 
Xəzər Lənkəran - Bakı - 2:0 (0:0)
Qollar: Manuel Skarlatake, 67 (1:0), Emeka Opara, 83 (2:0).
Vərəqələr: Dieqo Souza, 53; Manuel Skarlatake, 67; Rahid Əmirquliyev, 90 - Stevan Bates, 44, Vadim Borets, 90+3 – sarı.
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Ramiz Əsədov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
13 may 2011. Lənkəran şəhər mərkəzi stadionu. 12000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 3. Elvin Beqiri (5. Dieqo Souza, 46), 7. Ruslan Poladov (2. Elnur Allahverdiyev, 46), 8. Nikolae Muşat, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara, 16. Adrian Pit, 27. Manuel Skarlatake, 36. Uinston Parks (17. Xristu Kyaku, 82), 84. Julius Vobay.
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 18. Alim Qurbanov, 19. İbrahima Banqura, 30. Katalin Doman.
Baş məşqçi: Mirça Rednik.
Bakı: 1. Marko Şarliya, 4. Vadim Borets, 5. Stefan Borbikoni, 7. Mahmud Qurbanov (20. Fabio Luis Ramim, 73), 9. Vaqif Cavadov, 12. Vyaçeslav Sofroni, 15. Cəmşid Məhərrəmov (k), 30. İbrahim Karqbo, 33. Stevan Bates, 39. Ruslan Leviqa (27. Bəxtiyar Soltanov, 63) 77. Aleksandar Soliç (14. Nicat Abdullayev, 78).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 11. Adnan Barakat, 18. Radomir Todorov, 32. Aleksey Savinov.
Baş məşqçi: Aleksandr Starkov.
 
İnter - AZAL - 0:0
Vərəqələr: Arif Daşdəmirov, 20, Girts Karlsons, 76 - Zohair Benouahi, 20, Viktor İbekoyi, 85 – sarı.
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elman Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
13 may 2011. Bakı. “Şəfa” stadionu. 700 tamaşaçı
İnter: 1. Georgi Lomaya, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov (23. Şəhriyar Rəhimov, 83), 9. Rövşən Əmiraslanov (88. Kaxaber Mjavanadze, 62), 12. Filip Despotovksi, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 19. David Odikadze, 21. Arif Daşdəmirov, 32. Robertas Poşkus (20. Girts Karlsons, 67), 44. Valeri Abramidze.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 4. Danildo Assioli, 35. Ramil Mansurov, 77. Daniel Genov.
Baş məşqçi: Kaxaber Sxadadze.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 14. Elvin Əliyev, 9. Viktor İbekoyi, 23. Pius İkediya (17. Vüsal Qarayev, 70), 11. Zohair Benouahi (21. Mirko Bunyevçeviç, 88), 24. Enyo Krastovçev, 16. Mensur Limani, 7. Tərlan Xəlilov (10. Nuqzar Kvirtiya, 78).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 15. Qvidas Yuska, 22. Anar Həsənli, 6. Ritus Krjauklis.
Baş məşqçi: Nazim Süleymanov.
 
Hesabat turunun digər qarşılaşmaları bir gün öncə keçirilmişdi: Muğan – MOİK – 1:0, Gəncə - Qəbələ - 0:0, Turan – Simurq – 2:1.
 
1
Neftçi
31
19
9
3
52-16
66
2
Xəzər Lənkəran
31
16
11
4
37-17
59
3
Qarabağ
31
17
7
7
40-19
58
4
AZAL
31
12
10
9
33-27
46
5
İnter
31
12
10
9
28-24
46
6
Bakı
31
10
10
11
33-31
40
 
1
Qəbələ
31
12
12
7
29-17
48
2
Muğan
31
13
8
10
28-29
47
3
Gəncə
31
8
12
11
30-33
36
4
Turan
31
7
6
18
23-42
27
5
Simurq
31
3
7
21
16-49
16
6
MOİK
31
3
6
22
10-54
15
 
Bombardirlər:
17 - Georgi Adamiya (Qarabağ)
15 - Bahodir Nasimov (Neftçi)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuşka (AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.