14 may 2011 12:32

Rəşad Sadıqov: Bütün ev oyunlarımızı Quzanlıda keçirməliyik

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Premyer Liqanın 31-ci turunun “Neftçi” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Bu mövsüm Quzanlıdakı ilk və sonuncu oyununuz haqda nə deyərdiz?
- Çox yaxşı atmosfer vardı. “Neftçi”ni burda qəbul etmək ikiqat xoş oldu. Burda əvvəlki oyunlarımız da yaxşı alınmışdı. Düzdü rəqibimiz artıq çempionluğunu təmin etdiyindən onlar üçün hansısa motivasiya qalmamışdı. Biz isə məhz bu vəziyyətdən maksimum yararlanıb qələbə qazanmaq istəyirdik.
 
- Deməli, bakılılar çempionluğu təmin etməsəydi, siz belə böyükhesablı qələbə qazana bilməyəcəkdiz?
- Nəinki belə nəticəni qazanmaq çətin olardı, hətta tamamilə fərqli oyun alınardı. Bir qədər də maraqlı olardı. Amma belə də darıxdırıcı alınmadı. Bütövlükdə hiss olunur ki, “Neftçi” artıq Çempionlar Liqasına hazırlaşır. “Qarabağ” isə ilk növbədə mövsümü daha yaxşı mövqedə bitirməyə çalışır. Sona kimi mübarizəmizi davam etdirəcəyik.
 
- Rəqibin elə də ciddi müqaviməti il üzləşmədiyiniz oyundan razı qaldınız?
- İlk 60 dəqiqəni uğurlu keçirdik. Sonda isə yorğunluq var idi. İsti hava sözünü deyirdi. Mayın ortasında, saat 3-də meydana çıxmaq təbii ki, çətindi. Hər iki komandanın gücünün tükəndiyi göz önündə idi.
 
- Millinin baş məşqçisi Berti Foqts bildirib ki, “Qarabağ” bu mövsüm bütün ev oyunlarını burda keçirsəydi, çempion olardı...
- Mən onunla razıyam. Bizim artıq bütün ev oyunlarımızı burda keçirməyimiz lazımdı. Suraxanıdakı ab-hava futboldan çox uzaqdı. Növbəti mövsümdən bütün oyunlarımızın dolu tribunalar qarşısında baş tutmasını istəyirik.
 
- Amma komanda yoldaşlarnızın heç də hamısı bununla razı deyil...
- Şəxsən mən Quzanlıda oynamağımızı istəyirəm. Mənim üçün hər həftə avtobusla bura gəlmək problem deyil. Biz bununla təkcə azarkeşlərimizi sevindirmirik, həm də nəticələrimizi yaxşılaşdırmış oluruq.
 
- Həmkarlarınızın əksəri burdakı şəraitsizlikdən narazıdı...
- Burda kifayət qədər normal şərait var. Öz keçmişimizi unutmamalıyıq.
 
- Yəqin ki, növbəti turda “Neftçi”nin “Xəzər Lənkəran”dan xal almasını arzulayacaqsız..
- Bu, şübhəsizdi. Amma eyni zamanda öz oyunumuzu da qələbəylə başa vurmalıyıq.
 
- Elvin Məmmədovun “Bakı”ya keçidini necə qarşıladınız?
- Bu, onun seçimidi. Yəqin ki, Ağdam klubunun şərtləri onu qane etməyib. Daha uyğun təklifi qəbul edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.