14 may 2011 16:09

Azərbaycan millisi yenə çempion oldu (YENİLƏNİB)

Moldovanın Kişinyov şəhərində təşkil olunmuş “FA of Moldova Cup” turnirində çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün sonuncu oyununu keçirib. Azerisport.az xəbər verir ki, futbolçularımız bu dəfə meydan sahibləriylə - moldovalı həmyaşıdları ilə qarşılaşıb.
 
Qeyd edək ki, Təbriz Həsənovun komandası bu görüşə lider kimi çıxmışdı. Çünki ilk iki oyunda komandamız Litva millisi üzərində əzmkar qələbə (2:1) qazanmaqla yanaşı Rumıniya ilə qolsuz heç-heçəyə imza atmışdı ki, bu da iştirakçılar arasında ən yaxşı göstəriciydi. Son oyunda turnirin qalibi olması üçün komandamıza ən azı heç-heçə də bəs edirdi. Çünki son oyun günündə Litva ilə Rumıniya arasındakı qarşılaşmada ikincilər 2:0 hesablı qələbəyə sevinmişdi. Belədə, komandamız yalnız məğlub olacağı halda zirvədəki yerini itirə bilərdi. Lakin meydan sahibləriylə də heç-heçə edən komandamız növbəti 1 xala sahib çıxmaqla turnirin ən güclüsü oldu.
 
FA of Moldova Cup
14 may
 
AZƏRBAYCAN – MOLDOVA - 0:0 (0:0)
 
Komandamız meydana aşağıdakı start heyəti ilə çıxıb: Əyyub Əliyev, Elvin Camalov, Şirməhəmməd Məmmədov, Sadiq Quliyev, Adil Nəbiyev, Kamran Abdullazadə, Kənan Manafov, Qurbanəli Əliyev, Orxan Əliyev, Ruslan Abdullayev, Seyran Məmmədov.
 
Oyun başladı
Komandamız heç də pis təsir bağışlamır və imkan düşdükcə hücumlar təşkil edir. Hələlik futbolçularımız müdafiədə də inamlı təsir bağışlayırlar
Qarşılaşma daha çox meydanın mərkəzində davam edir və qapılar qarşısında ciddi təhlükə yaradan yoxdu
Millimizin üzvləri 31-ci dəqiqədə hesabı açmağa yaxın olsalar da, dəyərləndirə bilmirlər
Moldovalıların ilk təhlükəli hücumu isə 38-ci dəqiqədə baş tutur. Rəqib oyunçunun zərbəsi azacıq qapıdan yan keçir
Komandalar fasiləyə qolsuz yollanırlar
İkinci hissə başladı
49-cu dəqiqədə meydan sahiblərinin təhlükəli hücumu zamanı rəqib futbolçunun zərbəsində azacıq dəqiqlik çatışmır
58-ci dəqiqədə komandamızın heyətində Ruslan Abdullayevi Nurlan Əhmədov əvəzləyir
Qapılar qarşısında real təhlükə yoxdu
Komandamız deyəsən hesabı qorumağa çalışır. Axı bu, sərfedici nəticədi
Millimizin heyətində Qurbanəli Əliyevi David Qarayev əvəzləyir
Futbolçularımız sona yaxınlaşdıqca gəallığı artırmağa və meydan sahiblərini qapısına sıxışdırmağa başlayıblar
77-ci dəqiqədə Əyyub Əliyev rəqibin cərimə zərbəsini kornerə çıxarmaqla komandamızı qoldan xilas edir
78-ci dəqiqədə qapıçımız daha bir təhlükəli hücumun qarşısını zədələnmək bahasına ala bilir
Matç başa çatdı
 
 
1 Azərbaycan 3 2 1 0 2 - 1 5
2 Moldova 3 1 1 1 2 - 2 4
3 Rumıniya 3 1 1 1 2 - 1 4
4 Litva 3 1 0 2 3 - 5 3
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.