14 may 2011 21:15
Galatasaray`ın 34-cü prezidenti seçildi (FOTO)
Bu gün Türkiyənin "Galatasaray" klubu yeni prezidentini seçib. Azerisport.az xəbər verir ki, Adnan Polatın martın sonlarında keçirilən qurultayda boykot edilməsindən sonra erkən seçimə gedən "Cim-Bom"un taleyi baxımından çox önəmli olan fövqəladə qurultayın yekun nəticəsi artıq məlumdu.
Saat 12:00-da başlayan seçkiyə ümumilikdə 6800 nəfərdən çox adam qatılıb. Prezident postu uğrunda üç nəfər mübarizə aparırdə: Mehmet Helvacı, Ünal Aysal və Turqay Kıran. "Galatasaray" üzvləri seçkidə Mehmet Helvacıya səs vermək üçün qırmızı, Ünal Aysal üçün sarı, Turqay Kıran üçün isə boz rəngli seçim kartlarından istifadə edirdilər. Səsvermənin gedişi zamanı rəqiblərini kifayət qədər qabaqlayan Ünal Aysal "sarı-qırmızılı" klubun yeni başqanı seçilib.
Qeyd edək ki, o, əvvəlki prezidentlərə nisbətən daha uzun müddətə kluba rəhbərlik edəcək. Belə ki, "Galatasaray"ın bundan əvvəlki məramnaməsinə əsasən prezident 2 illik seçilirdisə, bundan sonra rəhbər şəxs 3 bu postu tutacaq.
Bu "Galatasaray"ın 96-cı seçim dönəmində 34-cü prezidenti idi. "Sarı-qırmızılı" klubun 106 illik tarixində indiyədək 33 nəfər kluba rəhbərlik edib.
