15 may 2011 18:56
Ramiz Məmmədovun komandası 3-cü qələbəsini qazandı (YENİLƏNİB)
Bu gün Qazaxıstan çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau” dogma meydanda “Taraz”la münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, bu komanda 9 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşmışdı və özündən bir pillə öndə olan “Atırau”nun əsas izləyicisi idi. Geridə qalan 10 oyunda ən çox heç-heçə (5 dəfə) edən həmyerlilərimizin komandasının bu günkü rəqibi sülh tanımırdı. Cəmi 3 qarşılaşmada qələbə qazanan “Taraz” qalan görüşlərində də meydanı məğlub tərk etmişdi. Onlar bu dəfə də ənənələrinə sadiq qaldılar. "Atırau" bu dəfəki ev oyununda nəhayət ki, cari mövsümdə üçüncü qələbəsini rəsmiləşdirə bildi. 5 heç-heçə, 3 qələbə sayəsində qazandığı 14 xalla həmyerlilərimizin komandası bir pillə irəliləyib.
Qazaxıstan Superliqası
11-ci tur
15 may
ATIRAU - TARAZ - 1:0 (1:0)
Qol: Rikardo Souza, 37.
