15 may 2011 13:22
Gürcüstan da çempionunu müəyyənləşdirdi
Qonşu Gürcüstanda da yeni mövsümün çempionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Zestafoni” bütün rəqibləri üçün əlçatmaq olduğunu rəsmiləşdirib və Gürcüstan çempionatında bir ilkə imza atıb.
“Zestafoni” buna “Samtredia” ilə ev oyununda imza atıb. Meydan sahibləri çempionluğu gətirən qələbəni 4:1 hesabıyla əldə ediblər. Nəticədə sona iki tur qalmış bu komandanın əsas izləyicisi olan “Dinamo”nun (Tiflis) lideri qabaqlaya bilməyəcəyi dəqiqləşib. Hazırda bu iki komanda arasında 6 xallıq fərq olsa da, paytaxt klubu liderə çatsa da belə, şəxsi oyunlarda üstünlük “Zestafoni”yə məxsusdu.
Qeyd edək ki, bu çempionluq “Zestafoni”nin ilk belə uğurudu. Bu üzdən sözügedən komanda həm də ilk dəfə Gürcüstanı Çempionlar Liqasında təmsil etmək şansı qazanıb. Ölkəmizi bu turnirdə “Neftçi” təmsil edəcək və iki qonşu ölkə klubunun üz-üzə gəlməsini zaman göstərəcək.
| 1 | Zestafoni | 34 | 23 | 6 | 5 | 68 | - | 18 | 75 |
| 2 | Din. Tbilisi | 34 | 20 | 9 | 5 | 52 | - | 20 | 69 |
| 3 | Olimpi Rustavi | 34 | 18 | 6 | 10 | 46 | - | 30 | 60 |
| 4 | Torpedo Kutaisi | 34 | 12 | 13 | 9 | 28 | - | 21 | 49 |
| 5 | WIT Georgia Tbilisi | 34 | 14 | 6 | 14 | 35 | - | 35 | 48 |
| 6 | Baia | 34 | 12 | 5 | 17 | 31 | - | 48 | 41 |
| 7 | Sioni Bolnisi | 34 | 9 | 9 | 16 | 25 | - | 43 | 36 |
| 8 | Kolkheti-1913 Poti | 34 | 9 | 9 | 16 | 23 | - | 46 | 36 |
| 9 | Tskhinvali | 34 | 7 | 10 | 17 | 32 | - | 41 | 31 |
| 10 | Samtredia | 34 | 6 | 7 | 21 | 26 | - | 64 | 25 |
