15 may 2011 13:33
Aqolli: Azərbaycanın Almaniyadakı qələbəsinə görə biz də fəxr edirik
“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli Azərbaycanın “Evrovizion-2011” beynəlxalq müqabiqəsindəki çıxışına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, təmsilçilərimisin qazandığı möhtəşəm qələbə ilə bağlı bunları dilə gətirib:
“Mən əminəm ki, bütün azərbaycanlılar bu qələbədən çox sevinclidirlər. Ona görə ki, sənin ölkənin belə bir turnirdə qalib olması həmin ölkəni sevən hər kəs üçün çox gözəl bir hissə çevrilir. Biz də bu qələbəyə görə fəxr edirik. Mən özüm də Azərbaycana səs verdim. Baxmayaraq ki, təəssüflər olsun, Albaniya finala vəsiqə qazana bilməmişdi”.
Qeyd edək ki, Azərbaycanın Ell və Niki (Eldar Qasımov və Nigar Camal) cütlüyü bu yarışmada oxuduğy “Running Scared” mahnısı ilə hamıdan çox - 221 xal toplayaraq, çempion adını qazanıb. Bunun sayəsində 2012-ci ildə keçiriləcək bu beynəlxalq yarışmaya məhz Bakı ev sahibliyi edəcək.
