15 may 2011 01:44
Ölkə kubokuna sahib çıxdı, qızıl dubl qazandı
Fransa kubokunun yeni sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həlledici oyunda PSG ilə “Lille” üz-üzə gəlib.
Fransa çempionatının əsas liderlərindən olan “Lille” cari mövsüm çempionluğunu qeyd etməyə yaxındı. Bu üzdən də onlar bu qarşılaşmaya “qızıl dubl” etmək üçün çıxmışdılar. “Paris Saint Germain” isə çempionatda yalnız üçüncü yeri tutmaq imkanına malik olduğundan, mövsümü titulla bitirmək üçün kuboku qazanmağa borclu idi.
Qarşılaşmada uzun müddət qapılara qol vurulmadı. Lakin artıq hər kəs cütün taleyinin əlavə vaxtda həll olunacağını düşündüyü bir vaxtda “Lille”in üzvü Obraniak səhnəyə çıxdı. Məhz bu futbolçunun qarşılaşmanın 89-cu dəqiqəsində vurduğu qol onun komandasına ölkə kubokunu qazandırmış oldu. İndi “Lille” çempionluğun da rəsmiləşdirməklə rahatca “qızıl dubl”un sevincini yaşaya bilər.
Fransa kuboku
Final
14 may
PSG – Lille – 0:1
Qol: Obraniak, 89.
