15 may 2011 15:35
Vaqif Cavadov: Qazaxıstana 3 xal üçün yollanacağıq
Azərbaycan milli komandasının və “Bakı”nın hücumçusu Vaqif Cavadov qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu oyun bizim üçün böyük əhəmiyyət daşıyır. Özünüz başa düşün, rəqibin xalı yoxdu və buna görə də onlar bizi məğlub etməyə çalışacaqlar. Amma buna baxmayaraq, biz də səfərə 3 xal üçün yollanacağıq. Əgər qələbə qazansaq, 6 xal əldə edəcəyik ki, bu, heç də az deyil. Hamımız dərk edirik ki, çox çətin qarşılaşma olacaq. Almaniya haqda Qazaxıstanla qarşılaşmadan sonra düşünərik”.
