15 may 2011 18:44
Abşeron çempionluq kubokuna qovuşdu
Futbol üzrə Azərbaycan I Divizionunun 2010/2011-ci il mövsümünün qalibi paytaxtın "Abşeron" klubuna çempionluq kuboku təqdim olunub. Azerisport.az xəbər verir ki, mövsümün sonuncu – 26-cı turunda səfərdə "Şəmkir" komandasının qonağı olan və 7 cavabsız qolla qələbə qazanan "Abşeron"a oyun qurtardıqdan sonra çempionluq kuboku təqdim olunub.
Kuboku qalibə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev təqdim edib və komandaya Premyer Liqada da uğurlu çıxış etməyi arzulayıb.
