15 may 2011 00:23

Georgi Adamiya: Çətin ki, Neftçi XL-la oyunda bizi düşünsün

“Qarabağ”ın hücumçusu Georgi Adamiya Premyer Liqanın 31-ci turunun het-tirkə imza atdığı “Neftçi” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- Keçmiş klubunuzu darmadağınla keçdiniz. Təəssüratlarınız?
- Çox isti var idi. Buna görə də oyun bir az çətin alındı. Hər şeyə rəğmən, rəqiblə müqayisədə bizim oyuna daha yaxşı motivasiyamız var idi. Rəqibimiz isə artıq çempion olduğundan bu oyun onlar üçün elə də vacib əhəmiyyət kəsb etmirdi. “Qarabağ”a gəlincə, bizə ikinci pilləni tutmaq lazımdı. Bu üzdən “Neftçi”yə qalib gəlməyimiz vacib idi. Bakılılar sakit oyunla nəticə qazanmaq istəsə də, onlarda alınmadı. Biz isə istəyimizə nail ola bildik.
 
- Quzanlıda oynamaq necə təsir bağışladı?
- Yaxşı. Gözəl futbol atmosferi vardı, meydança əla vəziyyətdə idi. Futbol üçün daha nə lazımdı ki?
 
- Daim burda oynamaq istəmirsiz?
- Burda Bakıda olan şərait yoxdu. Bu, çox ağırdı. Əgər Quzanlıda da paytaxtdakı kimi şərait olsaydı, niyə də burda oynamayaq? Yəqin ki, növbəti mövsümdən ev oyunlarımızı harda keçirəcəyimizə rəhbərlik qərar verəcək.
 
- Yəqin ki, çempion olmuş komandanı belə hesabla yenmək ikiqat sevinclidi?
- Əlbəttə. İndi sadəcə son oyunumuza hazırlaşmalı və “Xəzər Lənkəran”la ikinci yer uğrundakı mübarizəmizə aydınlıq gətirməliyik. Çox şey onların “Neftçi” ilə oyunundan asılı olacaq.
 
- Paytaxt klubunun qələbəsinə azarkeşlik edəcəksiz?
- Çətin ki, “Neftçi” bizi düşünsün. Onların “Xəzər Lənkəran”la öz haqq-hesabları var.
 
- Siz bugünkü qarşılaşmanın qəhrəmanı oldunuz...
- Bu, mənim üçün də çox xoşdu. Xüsusilə də Quzanlıda baş verməsi ikiqat sevincli oldu.
 
- Siz het-trik sayəsində həm də Bahodir Nasimovu qabaqladınız...
- Belə alındı. Amma əlbəttə, bu, hələ mənim ən yaxşı bombardir olmağım anlamına gəlmir. Qarşıda hələ bir tur var. Ondan sonra danışarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.