15 may 2011 12:45

Emeka Opara: Ötən mövsüm XL üçün əsl dərs olub

“Xəzər Lənkəran”ın hücumçusu Emeka Opara azerisport.az saytına müsahibəsində Premyer Liqanın və Azərbaycan kubokunun həlledici oyunları öncəsi fikirlərini açıqlayıb.
 
- Son turda komandanız “Bakı”nı məğlub edərək, gümüş medal qazanmaq şansını əlində saxladı…
- “Neftçi” ilə son oyunumuz çox çətin olacaq. Amma biz gümüş medal qazanmaq üçün onları da məğlub etməliyik.

- Əgər komandanızın əsas məqsədi avrokuboklara vəsiqəq qazanmaq idisə, mövsümün son oyunlarına bu dərəcədə prinsipiallıqla yanaşmaq nə dərəcədə vacibdi?
- Biz son turda “Bakı” qarşısında revanş götürmüş olduq. İndi isə növbədə “Neftçi”di. Bəli, onlar artıq çempionluqlarını təmin ediblər. Amma bu, onların “Qarabağ”ı məğlub etməsinə mane ola bilməzdi.
 
- Onlar Quzanlıda heç də əsas heyətlə çıxış etmirdilər...
- Qorxulu heç nə yoxdu. Şəxsən mənim üçün rəqibin hansı heyətlə mübarizə aparmasının elə də önəmi yoxdu. Məni həmişə öz oyunumuz maraqlandırır. Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Amma Bakıya qələbə dalınca gələcəyik.
 
- Demək olar ki, komandanızı iki final gözləyir?
- Bəli, özü də ikisi də eyni stadionda. Buna görə də bizə Tofiq Bəhramovdakı son iki oyunumuzda qələbə qazanmaq lazımdı.
 
- Artıq mövsümün sonuna iki tur qalıb. Sizcə, mövsümü əsasən nə ilə xarakterizə etmək olar?
- Çox tez-tez bir şeyin şahidi olurduq ki, meydanda təkcə rəqiblərə yox, kənar qüvvələrə qarşı da mübarizə aparırdıq. Mən bunu gizlətmək istəmirəm. Onsuz da mənim nə demək istədiyimi başa düşərlər. Buna görə də, “Xəzər Lənkəran”ın hazırda ikinci yeri tutması bizim üçün yaxşı nəticədi. Ən əsası odu ki, biz azarkeşlərimiz qarşısında ölkənin ən güclüsüyük.

- Ötən mövsümün sonunda da “Xəzər Lənkəran” hər iki cəbhədə qalib olmağa yaxın olsa da, sonda heç birini qazana bilmədi...
- O, təkrarlanmayacaq. Hesab edirəm ki, ötən mövsüm komanda üçün əsl dərs olub. İndi yenidən həmin aqibətin təkrarlanmasını istəmirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.