15 may 2011 13:00
Sadıqovun komandası liderlik şansını qaçırdı
Rusiya Premyer Liqasında 9-cu turun bəzi oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı mütəxəssis Vaqif Sadıqovun çalışdığı “Anji” turu bir xalla başa vurmaq məcburiyyətində qalıb.
Mahaçqala klubu doğma meydanda “Kuban”ı qəbul edib. Meydan sahibləri qələbə qazanmaqla lider olmaq şansına malik olsa da, onlar bundan yararlana bilməyiblər. Belə ki, qarşılaşma başladığı kimi də bitib – 0:0.
Bu heç-heçədən sonra xallarının sayını 16-ya çatdırdan Sadıqovun komandası hazırda üçüncü pillədə qərarlaşıb. Ondan öndə qərarlaşan komandalar isə “Lokomotiv”lə “Kuban”dı.
