16 may 2011 13:12
Neftçini yendi, 7-ci dəfə Azərbaycan çempionu oldu
Futzal üzrə ölkə çempionatının yüksək liqasında sonuncu – XX turun 1 oyunu keçirilib. Azerisport.az xəbər verir ki, elə bu oyunla da yeni ölkə çempionunun kimliyi müəyyənləşib.
Belə ki, “Araz” turnir cədvəlində ən yaxın izləyicisi olan “Neftçi” İSM komandasını 6:5 hesabı ilə məğlub edib. Bu nəticədən sonra “Araz” 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb.
