16 may 2011 13:33
Berti Foqts da Evroviziondakı qələbədən danışdı
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts “Evrovision-2011” mahnı müsabiqəsindəki təmsilçilərimizin qələbəsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, məhz Almaniyada baş tutan turnirin qalibinin həmyerlilərimiz olmasını belə dəyərləndirib:
“Çoxlu almaniyalı jurnalist mənə zəng vuraraq azərbaycanlı müğənnilərin Düsseldorfdakı qələbəsi haqda soruşurlar. Onların əksəri hətta iyunun 7-də keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycan – Almaniya matçına gələcəyinə söz verir. Mən də sizin duetin qələbəsinə görə şadam. Məni ən çox sevindirən fakt isə o oldu ki, onlar bu zəfəri məhz mənim anadan olduğum şəhərdə qazandılar”.

Qeyd edək ki, Azərbaycanın Ell və Niki (Eldar Qasımov və Nigar Camal) cütlüyü bu yarışmada oxuduğu “Running Scared” mahnısı ilə hamıdan çox - 221 xal toplayaraq, çempion adını qazanıb. Bunun sayəsində 2012-ci ildə keçiriləcək bu beynəlxalq yarışmaya məhz Bakı ev sahibliyi edəcək.