16 may 2011 01:40

Vaqif Cavadov: Mənim üçün ilk növbədə bu klubun fikri önəmlidi

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 31-ci turunun “Xəzər Lənkəran”la oyunundan, qarşıdakı “İnter”lə dueldən, mövsümün yekunlarından, eləcə də öz çıxışından danışıb.
 
- Son turdakı “Xəzər Lənkəran”la səfər matçında məğlubiyyətə nə səbəb oldu?
- Hesab edirəm ki, Lənkərandakı məğlubiyyətə rəğmən, yaxşı oyun göstərdik. Gizlətmirəm ki, çoxlu da səhvlər buraxdıq. Məhz həmin səhvlər də nəticədə öz əksini tapdı. “Xəzər Lənkəran” həmişə evdə daha yaxşı oynayır, nəinki səfərdə. Biz məğlub olmaq istəmirdik. Amma uğursuzluqdan qaça bilmədik.  Amma hər belə uğursuzluq bizə öz səhvlərimizi görməyə imkan yaradır.
 
- Bəs “İnter”lə mövsümdəki son oyununuz üçün hansısa motivasiya qalıbmı?
- “Bakı” istənilən oyuna motivasiya ilə çıxır. Unutmaq olmaz ki, “İnter” də dördüncü yer uğrunda mübarizə aparır. Amma məlum olduğu kimi bizim avrokuboklara düşmək şansımız yoxdu. Amma klubun imici var. Mövsümü qələbə ilə bitirmək istəyirik. Buna görə də “İnter”lə son görüşdə maksimum nəticə qazanmağa çalışacağıq.

- Sizcə, “Bakı”nın bu mövsümkü uğursuzluğu nə ilə bağlıdı?
- Bilmirəm. Mövsümün əvvəlindən oyunumuz alınmadı. Hamı bilir ki, “Bakı”nın heyəti ölkənin ən yaxşılarındandı. Amma bunu meydanda görmək mümkün deyil. Siz elə bilirsiz ki, futbolçular çalışmırlar? Biz hamımız qələbə qazanmaq istəyirik. Sadəcə oyun getmir. Yəqin ki, məşqçilərimiz səbəbləri bilirlər və müəyyən dəyişikliklər edəcəklər.
 
- Növbəti mövsümdə də “Bakı”da qalacaqsız?
- Mətbuatda gələcək kareramla bağlı çoxlu informasiyalar yer almaqdadı. Amma mən özüm hələ bu haqda düşünmürəm. Mövsüm başa çatdıqdan sonra Azərbaycan millisinin iki oyun gözləyir. Yalnız ondan sonra gələcək karyera ilə bağlı nəsə düşünməyə vaxtım oalcaq. Yəqin ki, hər şeyə iyunda aydınlıq gələcək.

- Mətbuatda sizin “Qəbələ”yə keçəcəyiniz haqda daha çox məlumat yer almaqdadı...
- Mən də elə bu haqda mətbuatdan oxumuşam. Hələlik, heç bir rəsmi təklif almamışam. Hazırda “Bakı”da oynayıram və mənim üçün ilk növbədə bu klubun fikri önəmlidi. Yayda bir daha danışacağıq və məhz o vaxt qərar verəcəm ki, harda oynayacağam. Əgər “Bakı” qalmağım üçün yeni təklif irəli sürsə, etiraz etməyəcəm. İnanıram ki, yeni mövsümdə daha güclü “Bakı” görəcəksiz.
 
- Özünüzün cari mövsümkü çıxışınızı necə qiymətləndirirsiz?
- Komandamız altıncı yerdə gedirsə, mən öz oyunumu necə qiymətləndirə bilərəm? Əgər avrokuboklardan kənarda qalmışıqsa, öz oyunumuzdan danışmağımız yersiz olardı. Digər tərəfdən hamı bilir ki, mən özümdən danışmağı xoşlamıram. Futbolçunun çıxışına jurnalistlər və baş məşqçi qiymət verə bilər.
 
- Qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin iki oyunu haqda nə düşünürsüz?
- Hələlik Almaniya ilə oyun haqda düşünmək tez olardı. Mənim bütün fikirlərim Qazaxıstanla oyuna yönəlib. Bu oyun digərləriylə görüşlərdən daha çox vacibdi. Rəqibimiz hələ nə qol vura, nə də xal qazana bilib. Buna görə də onlar bütün bu sindromlara bizimlə qarşılaşmada son qoymağı hədəfləyiblər. Onlarla oyuna xüsusi hazırlaşmalı olacağıq. Qazaxlar mütləq qalib gəlməyə çalışacaqlar. Amma biz də ora qələbə üçün gedəcəyik və məqsədimiz 3 xala sahib çıxmaqdı. Türkiyə üzərindəki qələbədən sonra hesabımızda 3 xal var. İndi xal ehtiyatımızı daha da yaxşılaşdırmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.