16 may 2011 13:46
Qarabağ mövsümün son oyununun hazırlıqlarına başladı
“Qarabağ” Premyer Liqanın sonuncu turunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, mayın 18-də 19-cu birinciliklə vidalaşacaq komanda sonuncu rəqibiylə oyun üçün hazırlıqlara bu gündən başlayıb.
Mayın 13-də Ağdamda “Neftçi”ylə qarşılaşan komanda maçdan sonra Bakıya dönüb. “Qarabağ”ın baş məşqçisi komandaya oyun ertəsi istirahət verib. Dünən 90 dəqiqə oynamayanlar Suraxanı qəsəbə stadionunda məşqə çıxıb. Əsas heyətin oyunçularının istirahəti isə 2 gün çəkib. Bu gündən komanda tam heyətlə AZAL-la oyunun hazırlıqlarını sürdürəcək. Komandada heç bir ciddi itki yoxdu. Ağdamlılar “təyyəraçilər”lə oyuna tam heyətlə çalışacaq.
Xatırladaq ki, Premyer Liqanın sonuncu turunda AZAL – “Qarabağ” oyunu mayın 18-də saat 20:00-da AZAL-ın Şüvəlandakı stadionunda keçiriləcək.
