16 may 2011 14:00
Mərkəzi arenada 1 günə 2 matç, Qəbələ - Muğan matçı Şəfa`da
Premyer Liqada 2010/2011-ci il mövsümünün sonuncu -32-ci turunun oyunlarının keçiriləcəyi stadionlar və başlama vaxtları müəyyənləşib. Azerisport.az xəbər verir ki, hesabat turunun son qarşılaşmaları da iki gündə baş tutacaq.
Belə ki, ilk oyun günündə birinci altılıq komandaları meydana çıxacaqlar. Bu mənada xüsusilə gümüş medal uğrunda mübarizə aparan “Qarabağ”la “Xəzər Lənkəran”ın oyunlarının eyni saata təyin olunması diqqət çəkir. Lakin "Bakı" və "İnter" arasındakı paytaxt derbisi də eyni saatda başlasaydı daha yaxşı olardı. Hər halda bu qarşılaşmada da “İnter” AZAL ilə dördüncü yer uğrunda mübarizə aparmış olacaq.
Mövsümə cümə axşamı baş tutacaq ikinci altılığın üç oyunu ilə yekun vurulacaq ki, həmin qarşılaşmaların da hamısı eyni saatda start götürmüş olacaq. Yeri gəlmişkən, Qəbələ şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq “Qəbələ” klubunun PFL-ə ünvanladığı məktubunda “Qəbələ” – “Muğan” matçının “Şəfa” stadionunda keçirilməsinə icazə verilməsi xahiş olunduğu üçün, PFL prezidenti Ramin Musayev bununla bağlı müvafiq əmr imzalayıb. Nəticədə həmin qarşılaşma Bakıda keçiriləcək.
Premyer Liqa
32-ci tur
18 may (çərşənbə)
Bakı - İnter
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:00.
AZAL - Qarabağ
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 20:00.
Neftçi - Xəzər Lənkəran
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00.
19 may (cümə axşamı)
MOİK - Turan
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 16:00.
Simurq - Gəncə
Zaqatala şəhər stadionu. Saat 16:00.
Qəbələ - Muğan
Bakı. "Şəfa" stadionu. Saat 16:00
|
1
|
Neftçi
|
31
|
19
|
9
|
3
|
52-16
|
66
|
|
2
|
Xəzər Lənkəran
|
31
|
16
|
11
|
4
|
37-17
|
59
|
|
3
|
Qarabağ
|
31
|
17
|
7
|
7
|
40-19
|
58
|
|
4
|
AZAL
|
31
|
12
|
10
|
9
|
33-27
|
46
|
|
5
|
İnter
|
31
|
12
|
10
|
9
|
28-24
|
46
|
|
6
|
Bakı
|
31
|
10
|
10
|
11
|
33-31
|
40
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
31
|
12
|
12
|
7
|
29-17
|
48
|
|
2
|
Muğan
|
31
|
13
|
8
|
10
|
28-29
|
47
|
|
3
|
Gəncə
|
31
|
8
|
12
|
11
|
30-33
|
36
|
|
4
|
Turan
|
31
|
7
|
6
|
18
|
23-43
|
27
|
|
5
|
Simurq
|
31
|
3
|
7
|
21
|
16-49
|
16
|
|
6
|
MOİK
|
31
|
3
|
6
|
22
|
10-54
|
15
|
