16 may 2011 02:28
Süleymanov hamını qabaqladı
Azərbaycan birinci divizionunun ən yaxşı bombardiri məlum olub. Azerisport.az xəbər verir ki, İzzətəli Süleymanov çempionatımızın ən çox qol vuran oyunçusu olub.
Dünən keçirilən mövsümün sonuncu – 26-cı turunun oyunlarına qədər 16 qol vuran futbolçu "Göyəzən"in də qapısına yol tapıb və qol sayını 17-yə çatdıraraq, birinci divizionun ən sərrast futbolçusu adını qazanıb.
Bombardirlər yarışında 2-4-cü pillələri "MKT-Araz"dan Əfsər Əliyevlə Rafiq Koçaliyev və "Şahdağ"dan Tofiq Qədimov tutub. Onlar hərəfə 11 dəfə fərqlənib.
1. İzzətəli Süleymanov (Rəvan) - 17
2. Əfsər Əliyev (MKT-Araz) - 11
3. Tofiq Qədimov (Şahdağ) - 11
4. Rafiq Koçaliyev (MKT-Araz) - 11
5. Fuad Əliyev (Neftçi İSM) - 9
