16 may 2011 14:45
Azərbaycan millisinin 14 günə ikinci kuboku (FOTOLAR)
Azerisport.az sizi Moldovada təşkil olunan beynəlxalq turnirdə çıxış edən Azərbaycann 17 yaşadək futbolçulardan ibarət komandasının meydan sahibləriylə oyunundan (0:0) və görüşdən sonrakı mükafatlandırma mərasimindən hazırlanan fotoreportajla tanış edir. Maraq üçün xatırladaq ki, bundan bir müddət öncə Qazaxıstandakı “Prezident kuboku”nda qalib olan Təbriz Həsənovun komandası Moldovadakı çempionatda da çempion adını qazandı.
