16 may 2011 16:07
Vüqar Nadirovun yeni klubu müəyyənləşdi
Azərbaycan milli komandasının hücumçusu Vüqar Nadirov “Qarabağ”da qalmağa qərar verib. Azerisport.az xəbər verir ki, o, hazırkı klubu ilə danışıqlarını uğurla başa vurub və komandasıyla yeni müqavilə bağlayıb.
Ağdam futbolunun yetirməsi ona doğma olan klubla yeni iki illik müqaviləyə imza atıb. Maraq üçün xatırladaq ki, Nadirovun xidmətində “Qəbələ” də maraqlı idi.
