16 may 2011 17:00
Arif Əsədov: Böyük dəyişikliklər olmayacaq
Yeni Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində qarşıdakı “Xəzər Lənkəran”la oyundan, “Qarabağ”a məğlubiyyətdən, mümkün transferlərdən danışıb.
- “Xəzər Lənkəran”la oyunun hazırlıqları necə gedir?
- Hər şey plan üzrə gedir. Komandada bəzi zədəlilər var. Amma hər şeyə rəğmən adi qaydada hazırlıqlarımızı davam etdiririk.

- Rəqibiniz isə bu oyuna ciddi hazırlaşır. Əsas heyəti buraxacaqsız?
- Bunu siz oyun zamanı biləcəksiz. Hələlik indidən meydana kimlərin çıxacağından danışmaq istəmirəm.

- Bu dəfəki oyun turnir cədvəli baxımından sizin üçün heç bir əhəmiyyət kəsb etmir. Amma Böyük oyun olduğunu nəzərə alsaq, sizi yalnız qələbə qane edir, yoxsa heç-heçəni də normal nəticə hesab edəcəksiz?
- Çempion olsaq da, biz oyuna qələbə üçün çıxacağıq. Çempionluğu təmin etdikdən sonra əvəzedici heyətin üzvlərinə şans verəcəyimiz desəm də, bu, heç də bütün oyunlara məğlub olmaq üçün çıxacağımız anlamına gəlmirdi. Mövsümü qələbəylə bitirmək istəyirik.

- Bəzi azarkeşlər belə hesab edirlər ki, komanda əzəli rəqibi “Xəzər Lənkəran”a qalib gələ bilməsə, bu çempionluğu hesaba almayacaqlar...
- Bu, onların fikridi. Əsas odu ki, “Neftçi” çempionluq mübarizəsində cənubluları qabaqlaya bildi. Əlbəttə, biz bilirik ki, onlarla oyunlarımız xüsusi əhəmiyyət daşıyır. Prinsipiallığı da gözəl başa düşürük. Amma yenə də əsas məsələ bizim mövsümü çempion kimi bitirməyimizdi.
- Məlum olduğu kimi, 32-ci turun oyunları eyni gündə keçiriləcək. Öncə “Bakı” – “İnter”, ardından “Neftçi” – XL. Qazonun vəziyyəti sizi narahat etmir ki?
- Hazırda havalar elə də pis keçmir ki, bu məqama görə xüsusi narahatlıq keçirək. Buna görə də hesab edirəm ki, arena yaxşı vəziyyətdə olacaq. Əminəm ki, stadion rəhbərliyi əlindən gələni edəcək ki, hansısa problem olmasın.

- “Qarabağ”la oyunda ikinci heyəti buraxmağınıza rəğmən 3 cavabsız qolla məğlub olacağınızı gözləyirdinizmi?
- Biz gələcəyi düşünürük. Çoxları həmin oyunda bizim uduzduğumuzu düşünür. Amma biz həmin görüşdə demək olar ki, gənc uşaqlara oynamaq imkanı yaratmışdıq. Əksinə biz düşünürük ki, həmin görüşdə Azərbaycan futbolu qazandı. Həm də indi bəzi oyunçularımıza avrokuboklar öncəsi zədələrini sağaltmaq lazımdı. Belədə, gənc futbolçularımızın “Qaabağ” kimi güclü kollektivlərlə oyunlarda öyrənməsi lazım olan çox şey var. Onlar bu oyunda böyük təcrübə topladılar. Allah eləsin ki, bunun tezliklə bəhrəsini görək.

- Həmin gənclərin arasında daha çox xoşunuza gələnlər oldu?
- Bilirsiz, onlar “İnter”lə oyunda daha yaxşı təsir bağışladılar, nəinki “Qarabağ”la qarşılaşmada. Həm yaxşı, həm də xoşagəlməz məqamlar var idi. Buna görə də onlarla daha çox işləməyə çalışırıq, əlavə tapşırıqlar veririk.

- “Abşeron”da çıxış edən bir neçə oyunçunuz var idi. İcarə əsasında çıxış edən həmin futbolçularınızı qaytaracaqsız?
- Bizdə hər oyunçumuzla bağlı siyahı var və onların hansı durumda olmasından xəbərdarıq. Özü də belə oyunçularımız təkcə “Abşeron”da deyil. Eyni zamanda “Simurq”a da icarəyə verdiyimiz oyunçularımız var. Yoxlayıb, qərar verəcəyik.

- Avrokuboklar öncəsi heyətdə ciddi dəyişiklər olacaq?
- Bizim formalaşmış heyətimiz var. Buna görə də çoxlu oyunçu almaq fikrimiz yoxdu. Sadəcə, bəzi mövqelər var ki, möhkəmlənməsinə ehtiyac var. Bu yöndə də çalışmalarımızı davam etdiririk. Amma böyük dəyişikliklər olmayacaq. Dəqiq deyə bilərəm ki, heyətimizdə 90 faiz dəyişiklik olmayacaq. İki ya da üç transfer ola bilər.