16 may 2011 17:14
Eurovisin-2012 Azərbaycanın futbol planlarını poza bilər
Məlum olduğu kimi, "Eurovisin-2012" Mahnı Müsabiqəsi Azərbaycanda baş tutacaq. Azerisport.az xəbər verir ki, artıq indidən müsabiqənin hansı məkanda keçiriləcəyi ilə bağlı fikirlər səslənir.
Sadalanan variantlar sırasında ilk yerlərdə Tofiq Bəhramov adına Respublika stadionu gəlir. Çünki bura həm şəhərin mərkəzində yerləşir, həm də ölkədə hələlik ən çox tamaşaçı tutumu olan məkandı. Stadion rəhbərliyi də belə bir ehtimalı istisna etmir.
Lakin bu, 2012-ci il üçün ölkəmizin futbol planlarına ciddi şəkildə təsir göstərə bilər. Məlum olduğu kimi, Azərbaycan çempionatının oyunları adətən mayın sonlarında başa çatır. Lakin sözügedən mahnı müsabiqəsi də mayın 22, 24-də və 26-da keçiriləcək.
