16 may 2011 17:20

Berti Foqts XL və İnterin oyunçularını milliyə çağırmadı

Mayın 20-dən 28-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq baş məşqçi Berti Foqts millimizin yeni heyətini də açıqlayıb.
 
Toplanışa dəvət olunmuş futbolçuların adları ilə aşağıdakı siyahıdan tanış ola bilərsiz. Yalnız onu bildirək ki, millimizin çalışdırıcısı hələlik 22 futbolçuya dəvət göndərib. Lakin Azərbaycan kubokunun finalına yüksəlmiş komandalardan millinin heyətinə dəvət olunacaq futbolçular barədə əlavə məlumat veriləcək.
 
Heyətdəki əsas diqqətçəkən məqamlardan biri baş məşqçinin uzun fasilədən sonra "Qarabağ"ın yarımmüdafiəçisi Rəşad Sadiqovu geri qaytarmasıdı. Onunla yanaşı çoxdan idi zədəyə görə heyətə düşə bilməyən Əfran İsmayılov da milliyə dəvət olunub. Baş məşqçinin AZAL-dan Usim Ndukanı heyətə cəlb etməsi də az maraq doğurmur. Birinci divizion təmsilçisi "Abşeron"un qapıçısı Andrey Popoviç yenə millinin düşərgəsinə çağırılıb.
 
Milliyə ən çox futbolçu verən klub "Qarabağ"dı - 8 oyunçu. 5 futbolçu "Neftçi"dən dəvət alıb. "Qəbələ" isə milliyə 3 futbolçu verib.
 
Foqts uzun müddətdi futbolsuz qalan "Qəbələ"nin müdafiəçisi Mahir Şükürovu heyətə salmayıb. Axı o, bu haqda özü bir müddət öncə almaniyalıdan belə bir xahişdə bulunmuşdu.
 
Qapıçılar: Fərhad Vəliyev (Qarabağ), Andrey Popoviç (Abşeron);
 
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi "Qarabağ"), Rail Məlikov, Ruslan Abışov (hər ikisi "Neftçi"), Nduka Usim (AZAL), Vurğun Hüseynov (Turan), Cəmşid Məhərrəmov (Bakı), Saşa Yunisoğlu (Qəbələ);
 
Yarımmüdafiəçilər: Aqil Nəbiyev (AZAL), Rəşad Sadiqov, Elvin Məmmədov Əfran İsmayılov (hamısı "Qarabağ"), Cavid Hüseynov, Amit Quluzadə, Araz Abdullayev (hamısı "Neftçi"), Arif İsayev (Qəbələ);
 
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi "Qarabağ"), Vaqif Cavadov (Bakı), Murad Hüseynov (Qəbələ).
 
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.