16 may 2011 18:15
Maradona özünə yeni iş yeri tapdı
Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, ötənlərin ünlü futbolçusu, hazırda məşqçiliklə məşğul olan Maradona Birləşmiş Ərəb Əmirliklərinin “Al Wasl” klubu ilə 2 illik müqaviləyə imza atıb.
Çoxları onun Argentina millisi ilə DÇ-2010-dakı uğursuzluqdan sonra hansısa başqa bir ölkə yığmasına baş məşqçi təyin olunacağını gözləsə də, Maradona bu dəfə klub komandasını çalışdırmağa qərar verib. Əfsanəvi futbolçunun yeni vəzifəsinə növbəti aydan başlaması gözlənilir.
Qeyd edək ki, sabiq baş məşqçisi Serxio Faryas ilə mart ayında yollarını ayıran “Al Wasl” çempionatda hazırda 4-cü pillədə gedir.
