16 may 2011 18:28
Rəşad Sadiqov: Berti Foqtsdan bir qədər incimişəm
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov futbol üzrə Azərbaycan yığmasına qayıdışından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Məni milli komandaya qaytarılmağım sevindirir. Almaniya yığmasına qarşı oynamaq hər bir futbolçunun arzusudu. Lakin buna baxmayaraq mən yenə də təəccüb içindəyəm. Çünki məni son beş-altı toplanışa çağırmırdılar. Hətta bu üzdən mənə inanmayan Foqtsdan bir qədər incimişəm. İndiyə qədər də anlamıram ki, niyə məni əvvəllər çağırmayıblar”.
