16 may 2011 18:40
Qarabağ`ın daha üç futbolçusu milliyə çağırıldı
“Qarabağ”ın 8 futbolçusunun futbol üzrə Azərbaycan yığmasının düşərgəsinə çağırıldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts bu komandanın üzvlərindən Fərhad Vəliyev, Rəşad Sadıqov, Maksim Medvedev, Rəşad Sadiqov, Elvin Məmmədov, Vüqar Nadirov, Əfran İsmayılov və Rauf Əliyevi iyunun 3-də Qazaxıstan, iyunun 7-də isə Almaniya ilə qarşılaşmalarda görmək istəyir.
Lakin bu oyunçularla yanaşı “Qarabağ”ın daha 3 futbolçusu milli komandalara dəvət alıb. Belə ki, Albaniya Futbol Federasiyasından gələn faksda bu komandanın müdafiəçiləri - Admir Teli və Ansi Aqollinin mayın 30-da ölkə millisinin düşərgəsində olması göstərilir. Eyni zamanda Latviya millisi üçün də komandanın yarımüdafiəçisi Andrey Rubinsə dəvət gəlib.
