16 may 2011 11:41
Nazim Süleymanov: Bu, futbolçunun özündən asılı deyil
AZAL-ın baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 31-ci turunun “İnter”lə qolsuz heç-heçəsindən, komandasının çıxışından və avrokuboklara vəsiqə şanslarından danışıb.
- “İnter”lə son oyundakı heç-heçədən razı qaldınız?
- Bu suala yalnız çempionatdakı son oyunumuz başa çatdıqdan sonra cavab verə bilərəm. Məhz onda biləcəyik ki, həmin heç-heçə bizim üçün nə dərəcədə sərfəli olub. Mənim xoşuma gələn o oldu ki, komanda sona kimi tam gücüylə çalışdı. Ağır qrafikə baxmayaraq, hər 3 gündən bir oynamağı bacardıq. Amma təəssüf ki, həmin oyunlarda qələbə qazana bilmədik. Mən həmişə demişəm ki, futbolun sevinci qoldadı. Qol olmadan qələbə qazanmaq olmaz. “İnter”lə oyunda fərqlənmək üçün şanslarımız olsa da, yararlana bilmədik. İndi hər şeyə son turda aydınlıq gələcək.

- Son dövrlər hücum xəttiniz çox zəif təsir bağışlayır...
- Bilirsiz, komanda nə vaxtsa uduzursa, o zaman qələbə ruhunu da itirir. Elə forvard da iki oyun ardıcıl qol vura bilməyəndə, bu hissini, qol duyumunu itirir. Bu, futbolçunun özündən asılı deyil. Ona görə də elə etmək lazımdı ki, bu, baş verməsin.
- Bəs avrokuboklara vəsiqə qazansaz hansısa dəyişikliklər olacaqmı?
- Hələ ilk növbədə ora vəsiqəni əldə etməliyik. Amma bir məqam var ki, hücumçunun qol vurması üçün ona lazımı ötürmələr etmək gərəkdi. Əgər onlar hücumda topsuz qalırsa, necə qol vura bilərlər ki? Ümumiyyətlə futbol səhvlər üzərində qurulmuş oyundu. Kim daha az səhv edirsə, o da qələbə qazanır.

- Deməli, biz yayda komandada yeni futbolçular görə biləcəyik?
- Yeni transferlər təbii ki, edilməlidi. Amma bütün bunlara ilk növbədə klub prezidenti ilə danışıqlarımızdan sonra aydınlıq gəlmiş olacaq.
- Yeni transferlər təbii ki, edilməlidi. Amma bütün bunlara ilk növbədə klub prezidenti ilə danışıqlarımızdan sonra aydınlıq gəlmiş olacaq.
- “İnter”lə oyundan sonra klubunuzun prezidenti Vaqif Qasımov hakimlikdən narazı qaldığını gizlətmədi...
- Həmin epizoda diqqətlə baxmaq lazımdı. Aparılan çəkilişlərdə orda baş verənləri dəqiqliklə görmək mümkün deyil.
- Qarşıda sizi “Qarabağ”la oyun gözləyir, hansı ki, “Xəzər Lənkəran”la ikinci yer uğrunda mübarizə aparır. Bu oyundan nə gözləyirsiz?
- Düzünü deyim ki, bizi çox çətin oyun gözləyir. Onlar ikinci, biz isə dördüncü yer uğrunda mübarizə aparırıq.
- Yəqin ki, dördüncü yeri tutsaz, kubokun finalında “Xəzər Lənkəran”ın qələbəsini arzulayacaqsız ki, Avropa Liqasına vəsiqə qazanasız...
- Əlbəttə, biz də həmin oyunu izləyəcəyik və lənkəranlıların qələbəsinə ümid edəcəyik. İndi biz “Xəzər Lənkəran”a azarkeşlik etmək məcburiyyətində qalmışıq. Burda başa düşülməyən bir şey yoxdu. Amma bunun üçün ilk növbədə özümüz dördüncü pillədəki yerimizi qorumalıyıq. Əks halda “Xəzər Lənkəran”ın qələbə qazanıb, qazanmamasından asılı olmayaraq biz bu vəsiqəyə sahib çıxa bilməyəcəyik.