16 may 2011 11:56
Ramiz Məmmədovdan Azərbaycana qələbə təbriki
Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov dünən keçirilən “Taraz”la oyundan (1:0) sonrakı mətbuat konfransında ölkəmizin “Evrovision-2011” mahnı müsabiqəsindəki qələbəsinə də toxunmağı da unutmayıb. Azerisport.az xəbər verir ki, həmyerlimiz bunları dilə gətirib:
“Oyundan dərhal sonra uşaqlara bugünkü oyunda 3 xal qazandıqlarına görə təşəkkürümü bildirdim. Bu qələbəyə görə çox şadıq. Biz azərbaycanlılar həm də ona görə çox şadıq ki, həmyerlilərimiz “Evrovizion”da birinci yeri tutublar. Ona görə də mən bu mətbuat konfransından istifadə edib vətənimizə təbriklərimizi göndərmək istərdim. Bütün həmyerlilərimizi bu uğur münasibətilə təbrik edirik”.
