16 may 2011 12:34
Lənkəran Azərbaycan çempionu ola bilmədi (FOTOREPORTAJ)
"UNİCEF U-16 qızlar Liqa"sında mövsümə yekun vurulub. Azerisport.az xəbər verir ki, final oyununda BTİ və UGİM (Lənkəran) qarşılaşıb.
8:0 hesabı ilə qələbə qazanan BTİ ilk dəfə keçirilən çempionatın qalibi olub. Üçüncü yer uğrunda keçirilən oyunda Zaqatala və Mingəçevir komandaları qarşılaşıb. Rəqibindən üstün olan Zaqatala futbolçuları 4:0 hesabı ilə qələbə qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandalara medallar və diplomlar, çempion komandaya isə kubok təqdim edilib.
