16 may 2011 12:41
Wisla Bakıya gələ bilər
Azərbaycan çempionu “Neftçi”nin daha bir potensial rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq Polşada da cari mövsümün qalibi məlumdu.
Belə ki, “Wisla” klubu ölkə çempionatının başa çatmasına 3 tur qalmasına rəğmən, çempionluğunu təmin edib. Krakoviya təmsilçisi 27-ci turun eyni şəhəri təmsil edən “Cracovia” ilə derbi matçında qalib gəlməklə qızıl medallara sahib çıxıb. “Wisla”nın əsas izləyicisi “Slask” da qələbə qazanmasına rəğmən, arada artıq 10 xallıq fərq var ki, bunun da son 3 turda əriməsi mümkün deyil.
Qeyd edək ki, bu, “Wisla”nın sayca 13-cü Polşa çempionluğudu. Ötən il Azərbaycan çempionu “İnter” məhz Polşa çempionu “Lex”lə mübarizə aparmışdı və yalnız penalti seriyasında çıxışını dayandırmışdı. Bu il necə olacağını isə zaman göstərəcək.
| 1 | Wisla Krakow | 27 | 16 | 5 | 6 | 41 | - | 25 | 53 |
| 2 | Slask | 27 | 11 | 10 | 6 | 38 | - | 30 | 43 |
| 3 | Jagiellonia Bialystok | 27 | 12 | 6 | 9 | 32 | - | 28 | 42 |
| 4 | Lechia Gdansk | 27 | 11 | 7 | 9 | 34 | - | 32 | 40 |
| 5 | Legia | 27 | 12 | 4 | 11 | 34 | - | 36 | 40 |
| 6 | Lech Poznan | 27 | 11 | 6 | 10 | 30 | - | 20 | 39 |
| 7 | Gornik | 27 | 11 | 6 | 10 | 29 | - | 38 | 39 |
| 8 | Ruch Chorzow | 27 | 10 | 8 | 9 | 27 | - | 25 | 38 |
| 9 | Widzew | 27 | 9 | 10 | 8 | 38 | - | 29 | 37 |
| 10 | Polonia Warszaw | 27 | 10 | 7 | 10 | 36 | - | 26 | 37 |
| 11 | Belchatow | 27 | 9 | 9 | 9 | 30 | - | 31 | 36 |
| 12 | Korona Kielce | 27 | 9 | 7 | 11 | 33 | - | 40 | 34 |
| 13 | Zaglebie | 27 | 8 | 9 | 10 | 27 | - | 34 | 33 |
| 14 | Polonia Bytom | 27 | 6 | 9 | 12 | 27 | - | 37 | 27 |
| 15 | Cracovia Krakow | 27 | 7 | 5 | 15 | 33 | - | 44 | 26 |
| 16 | Arka Gdynia | 27 | 5 | 10 | 12 | 18 | - | 32 | 25 |
