16 may 2011 12:50

Millimizin baş məşqçisi: Seçmə mərhələyə tam hazır şəkildə yollanmaq istəyirik

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov Moldovada keçirilən turnirin nəticələri ilə bağlı müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- «FA of Moldova Cup» turnirini, ümumilikdə, necə xarakterizə edərdiniz?
- İlk oyunumuzu Litva yığmasına qarşı keçirdik. Qarşılaşmanın gedişində hesabda geri düşsək də, iki qol vuraraq qələbə qazanmağı bacardıq. Rumıniya ilə keçirdiyimiz oyuna istədiyimiz kimi başlaya bilmədik. Fasilədən sonra azlıqda qalmağımız oyun sistemimizi pozdu. Bununla belə, uşaqlar sona qədər mübarizə apardı və nəticədə heç-heçə qeydə alındı. Sonuncu oyunumuzu təşkilatçı ölkənin komandasına – Moldova yığmasına qarşı keçirdik. Digər qarşılaşmanın nəticəsini əvvəlcədən bildiyimiz üçün risk etməməyi qərara aldıq. Əsas istəyimiz rəqibi qapımıza yaxın buraxmamaq idi. Uşaqlar bu tapşırığın öhdəsindən lazımınca gəldilər və bizi qane edən nəticəni qazanaraq turnirin qalibi olduq.
 
- Rəhbərlik etdiyiniz komanda qısa vaxt ərzində artıq ikinci turnirin qalibi oldu…
- Bu, çox sevindirici haldır. Belə turnirlərin təşkili futbolçuların oyun təcrübəsini artırmaqla yanaşı, onların dünyagörüşünün formalaşmasına da müsbət təsir göstərir. Qazaxıstanda qazandığımız qələbəni Azərbaycan futbolunun 100 illik yubileyinə həsr etmişdik, bu uğuru isə azarkeşlərimizə ərmağan edirik. Qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm.
 
- Razı qalmadığınız məqamlar oldumu?
- Qazaxıstanda keçirilən «Prezident kuboku» turnirindəki oyunlarla müqayisədə burada yaratdığımız qol imkanlarından az istifadə edə bildik. Orada oyunların hamısını süni örtüklü meydançada keçirmişdik. Kişinyovdakı qarşılaşmaların hamısı isə təbii ot örtüklü stadionlarda oynanıldı. Bu amil də komandanın çıxışına öz təsirini göstərdi. Hücumçularımızdan Namiq Ələsgərov uzun müddətdir zədəlidir. Ümid edirəm ki, o, komandaya qayıtdıqdan sonra hücum xəttində daha aktiv çıxış edəcəyik.
 
- Komandanın növbəti hazırlıq planları necədir?
- Mayın 22-nə qədər Kişinyovda təlim-məşq toplanışını davam etdirəcəyik. Burada olduğumuz müddətdə bir yoxlama oyunu keçirməyi planlaşdırırıq. Moldova çempionatında mübarizə aparan klublardan birinin əvəzedici komandası ilə görüşəcəyik. Mayın 24-də və 26-da Serbiyanın 17 yaşadək futbolçularından ibarət yığması ilə yoxlama oyunu keçirəcəyik. İyunun 9-dan 17-ə qədər Bakıda təşkil olunacaq «Caspian Cup» turnirində çıxış edəcəyik.
 
- Seleksiya işləri davam edəcəkmi?
- Hər toplanışda millinin düşərgəsinə həm ölkə daxilində, həm də xaricdə çıxış edən futbolçuları dəvət edirik. Bu proses davamlı olacaq.
 
- Oktyabrda Xorvatiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə komandanı nə dərəcədə hazır saymaq olar?
- Bu barədə danışmaq hələ tezdir. Biz Xorvatiyaya tam hazır şəkildə yollanmaq istəyirik. Bu səbəbdən komandada görüləcək işlər çoxdur. Qrupumuzda yer alan Xorvatiya, Ukrayna və Belçika yığmaları səviyyə etibarilə bir-birinə yaxındırlar. Var qüvvəmizlə çalışıb növbəti mərhələyə adlamaq istəyirik. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.