17 may 2011 13:14
AFFA əvəzedicilərlə birinci divizion klublarını da cəzasız qoymadı
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının, eləcə də birinci divizonun son turunda baş verən olaylara da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 31-ci turunun AZAL – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. “Gəncə” – “Simurq” matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur. Oyunun 90+3-cü dəqiqəsində “Simurq”un futbolçusu Eyvaz Musayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. MOİK – “Muğan” matçında “Muğan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Azərbaycan birinci divizionunun 26-cı turunun “Bakılı” – “Şahdağ” matçında “Şahdağ”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. “Neftçala” – “Şuşa” matçında “Şuşa”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. “MKT-Araz” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “MKT-Araz”ın futbolçusu Rəmzi Məmmədov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
