17 may 2011 13:55

Əsgər Abdullayev: Turan`ı yüksək səviyyəyə çatdırmaq olar

Azərbaycan millisinin, eləcə də AZAL-ın sabiq baş məşqçisi Əsgər Abdullayev azerisport.az saytına müsahibəsində “Turan”ın sükanı arxasına keçəcəyinə dair iddialara münasibətini açıqlayıb, ölkə çempionatının yekunlarından danışıb.
 
- Əldə etdiyimiz məlumata görə “Turan”dan təklif almısız və danışıqlar aparırsız...
- Hal-hazırda belə bir şey yoxdu. Mənə heç bir rəsmi təklif gəlməyib. Əgər danışıqlar səviyyəsində heç nə yoxdusa, mən bu haqda nəsə danışmağı lazım bilmirəm. Əgər rəsmi dəvət gəlsə, o halda nəsə danışmaq olar.
 
- Siz razısız ki, hazırda “Turan”da işləmək tanınmış məşqçi üçün elə də layiqli deyil?
- Kim deyir ki, futbolda işləmək asandı? “Turan”ın öz futbol ənənələri var ki, bu da hər bir baş məşqçi üçün vacibdi. Özü də Tovuzda futbolu sevirlər. Paytaxt klubu ilə Tovuza səfərlərimizi yaxşı xatırlayıram. Əgər klubun maliyyə imkanları yaxşı olsa, o zaman komandanı yüksək səviyyəyə də çatdırmaq olar. Mən bilirəm ki, “Turan”ın bəzi nümayəndələri millidə də oynayıb. Odu ki, bu klubda işləmək olar.

- Əvvəllər siz paytaxtda – “Bakı” və “Olimpik”də çalışmısız. Tovuzda yaşamağa razı olardız?
- Mən özüm bu regiona yaxınam və buna görə də bu komandada işləməyə etiraz etməzdim. Əgər “Turan” istəsə, mən bu komandanı götürməyə hazıram. Digər tərəfdən mən “Turan”ın oyunlarına baxmalı, kollektivini tanımalıyam. Məndə bu komanda haqqında ətraflı məlumat yoxdu.
 
- Cari mövsümün yekunları ilə bağlı fikirlərinizi bilmək də maraqlı olardı...
- Mən çempionatın bütün oyunlarına baxmamışam və bu üzdən çempionata dəqiq analiz verə bilmərəm. Amma “Neftçi”nin bəzi oyunlarına baxmışam. Hansı ki, həmin oyunlarda Arif Əsədovun yetirmələrinin daha yaxşı oynadığının şahidi olmuşam. Bu flaqmandı və komandanın çempionluğu hər kəsi sevindirir. Hesab edirəm ki, “Neftçi” çempionluğa layiq idi və buna görə onları sizin vasitənizlə təbrik edirəm. Həmçinin Arif Əsədovu. Onlar qızıl medallara layiq idilər.
 
- Bəs keçmiş klubunuz AZAL-ın çıxışını necə dəyərləndirərdiz?
- AZAL mövsümə sadəcə əla başlamışdı. Komanda əla oyun sərgiləyirdi. Mən hesab edirdim ki, onlar ilk üçlüyə düşəcəklər. Lakin son oyunlarında nəsə alınmadı. Onlar öz şanslarını əldən verdilər. Amma səbəbini bilmirəm. Bu uğursuzluğun səbəbləri haqda ancaq baş məşqçi danışa bilər.

- Azərbaycan kubokunun finalında kimi favorit görürsüz?
- “Xəzər Lənkəran” və “İnter” hər ikisi finala layiq komandalardı. Hər iki komanda güclüdü və buna görə də onlardan hansınısa favorit hesab etmək çətindi. Qoy güclü qalib gəlsin. Finalda çox şeyi komandaların hazırlığı həll edəcək. Baxmayaraq ki, hərdən zəif komandalar da səhvlər buraxırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.