17 may 2011 15:51
Sabah Neftçi`yə çempionluq kuboku təqdim olunacaq
Premyer Liqanın 32-ci turunun sabah keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyunundan sonra paytaxt təmsilçisinə çempionluq kuboku təqdim olunacaq. Azerisport.az xəbər verir ki, kuboku Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edəcək.
Qeyd edək ki, "Neftçi" çempionluğu mövsümün sonuna 3 tur qalmış təmin etmişdi. (PFL)
