17 may 2011 16:42
UEFA-nın eksperti stadionlarımızıı qiymətləndirdi
UEFA-nın infrastruktur üzrə eksperti David Petriaşvili Bakıda səfərdədir. Azerisport.az xəbər verir ki, UEFA rəsmisi səfər proqramı çərçivəsində AFFA tərəfindən Mərdəkanda inşa olunmuş “Dalğa”stadionuna və AZAL klubu tərəfindən tikilmiş stadiona baxış keçirib.
Qısa zaman ərzində hər iki stadiona UEFA-nın Stadion və İnfrastruktur Əsasnaməsinə uyğun olaraq kateqoriya veriləcək.(AFFA)
