17 may 2011 16:51
AFFA millimizin baş məşqçisini cəzalandırdı
“Neftçi” İSM klubunun baş məşqçisi Rikardo Raulo və “Araz” klubunun baş məşqçisi Alesio Da Silva 1 oyunluq cəzalanıb. Azerisport.az xəbər verir ki, buna 15 may 2011-ci il tarixində futzal üzrə Azərbaycan çempionatının “Neftçi” İSM – “Araz” matçının 28-ci dəqiqəsində hər iki baş məşqçinin texniki zonandan kənarlaşdırılmaları olub.
Matçın 35-ci dəqiqəsində “Araz” klubunun məşqçisi Ağakərim Həsənov texniki zonandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb. Oyunun 39-cu dəqiqəsində “Neftçi” İSM klubunun futbolçusu Rojerio Santana sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Sonda onu da qeyd edək ki, Alesio da Silva həm də futzal üzrə Azərbaycan millisinin baş məşqçisidi.
