17 may 2011 17:01
Kubokun final matçına uduşlu biletlər satışa çıxır
Mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan kubokunun "İnter"lə "Xəzər Lənkəran" arasındakı final oyununun biletləri sabahdan etibarən satışa çıxarılır. Azerisport.az xəbər verir ki, biletləri oyunun keciriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək olar.
Qeyd edək ki, final oyunun biletlərinin qiyməti sektordan asılı olmayaraq 1 manatdı. Biletlər final oyunundan sonra azarkeşlər arasında keçiriləcək "Renault Logan" avtomobilinin və digər qiymətli hədiyyələrin oynanılacağı uduşlu lotereyada iştirak edəcək. Belə ki, "İnter" - "Xəzər Lənkəran" final oyunundan sonra azarkeşlər arasında keçiriləcək lotereyada sponsor "Renault Azərbaycan" tərəfindən təqdim edilən 1 ədəd "Renault Logan" avtomobili oynanılacaq.
