17 may 2011 17:22

Ramiz Məmmədov: Onlar karyeralarını Atırauda davam etdirəcəklər

Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib, problemlərdən danışıb.
 
- “Taraz”la son oyunda nəhayət ki, qələbə qazana bildiniz…
- Bu komandayla da oyunumuz çətin keçdi. Bizancaqqələbəyə oynayırdıq. Ammabilirdikki, “Taraz” dasıradanrəqibdeyil. Bizimlə oyuna kimi onlar ölkə kubokunda “Şaxtyor”u məğlub etmişdilər. Oyun öncəsi onları yaxşı analiz etmək imkanımız da olmuşdu. Fikrimcə bu qələbəyə tam layiq idik. Futbolçularımız yaxşı oynadılar, çıxışlarından razı qaldım. Amma artıq qarşıdakı oyunlarımız haqda düşünmək lazımdı. Bizi daha çətin oyunlar gözləyir.
 
- Amma son dövrlər heç də yaxşı çıxış etmirsiz. Nə problem var?
- Bunun bir sıra səbəbləri var. “Atırau” geridə qalan turlarda 7 səfər matçına çıxıb. Ümumiyyətlə, çempionatın birinci dövrəsi bizim üçün çox çətin olacaq. İkinci dövrədə isə bizim daha çox xal toplamaq imkanımız olacaq. Amma bütövlükdə komandanın çıxışını normal qiymətləndirərdim. Təbii ki, arxayınlaşmaq da olmaz. Qazaxıstan çempionatı çox güclüdü, burda sıradan oyunlar yoxdu. Hətta autsayderlər də liderlərlə bərabər səviyyədə mübarizə aparırlar. Birinci dövrədə komandanın oyununda bir çox səhvlər aşkarladıq ki, bunun üzərində işləməyimiz vacibdi.

- Komandanız elə də çox qol vura bilmir və az qələbə qazanır...
- Bunun bəzi səbəbləri var ki, onlar haqda danışmaq istəmirəm. Heyətlə də bağlı problemlərimiz var. Kapitan Denis Rodionov zədəlidi. Əsas heyətin bəzi üzvləri zədə və vərəqə limiti səbəbindən komandaya kömək edə bilmir. Amma bizim bütün bu problemləri yoluna qoymaq üçün vaxtımız olacaq.
 
- Birinci dövrədən sonra nə kimi dəyişikliklər olacaq?
- İyunun 15-də transfer pəncərəsi açılır. İyulun 12-ə kimi bəzi futbolçuları komandaya cəlb edə bilərik. Artıq bu barədə klub rəhbərliyi ilə də söhbətimiz olub. Mümkündü ki, komandaya yeni futbolçular cəlb edək. Ümidləri doğrultmayan futbolçulara gəlincə, onlar komandanı tərk edəcək.
 
- İkinci dövrədə “Atırau”da azərbaycanlı futbolçular görə biləcəyikmi?
- Bu haqda danışmaq hələ tezdi. Amma mənim nəzərimdə 2-3 azərbaycanlı futbolçu var. Yayda onlarla danışıqlar aparacam. Əgər alınsa, onlar karyeralarını Qazaxıstanda davam etdirəcəklər. Mən onları komandamda görmək istərdim.

- Azərbaycan çempionatını izləyirsiz?
- Bilirəm ki, “Neftçi” artıq çempiondu və şəxsən bu münasibətlə komandanı təbrik edirəm. Hesab edirəm ki, onlar “qızıl”a layiq idilər. Hazırda isə avrokuboklara vəsiqə uğrunda mübarizə gedir. Hələlik, məlum deyil qitə miqyaslı yarışılardakı dördüncü təmsilçimiz AZAL ya “İnter” olacaq. Kubokun finalı da maraqlı olacaq. Qoy güclü qələbə qazansın. Amma şəxsən mən “Xəzər Lənkəran”ı “İnter”lə görüşün favoriti hesab edirəm. Mirça Rednikin komandası çempion ola bilmədi, amma kuboku qazanmaq üçün əlindən gələni edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.