17 may 2011 17:30
Manana və Röya İnter – XL matçında
Mayın 24-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan öncə möhtəşəm şou-proqram təşkil olunacaq. Azerisport.az xəbər verir ki, saat 18:30-da başlayacaq konsert proqramında Azərbaycanın estrada ulduzları – Manana və Röya, həmçinin reper Hüseyn Dərya və meyxana ustadları çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycan kubokunun "İnter" - "Xəzər Lənkəran" final oyunu saat 20:00-da başlayacaq. Oyundan sonra isə azarkeşlər arasında “Renault Logan” avtomobilinin və digər qiymətli hədiyyələrin oynanıldığı uduşlu lotereya keçiriləcək. Final oyunu üçün akkreditasiya almış KİV nümayəndələri üçün iki ədəd noutbuk oynanılacaq.
