17 may 2011 17:35
Azərbaycanlı hakimlər İspaniya və Türkiyə yığmalarının oyununda
İyunun 9-dan 17-ə qədər Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Caspian Cup beynəlxalq turnirinin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, AFFA sözügedən turnir üçün 11 baş hakim ayırıb.
Onların əksəri kişilərdən ibarət olsa da, bir nəfər də zərif cinsin nümayəndəsi var. Qalan 14 nəfər isə yan xətt hakimləridi. Siyahını diqqətinizə çatdırırıq:
Referilər: Salmanov Anar, Diniyev Ramil, Ağayev Əliyar, Həsənov Rəhim, Cabbarov Rauf, Həsənov Fuad, Əsgərov Elvin, Məmmədov İnqilab, Məmmədov Orxan, Əhmədov Ramil, Qurbanova Səbayel.
Referi köməkçiləri: Musayev Vaqif, Zeynalov Zeynal, Haşımov Mübariz, Abbasov Yaşar, Həsənov Coşqun, Məmmədov Rza, Əmiraslanov Knyaz, Ramazanov Rahil, Hüseynov Namiq, Quliyev Ruslan, Əmirəli Akif, Ağayev Elnur, Mustafayeva Ülviyyə, Nəbiyeva Maya.
Xatırladaq ki, turnirdə 1995-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan, İspaniya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan yığma komandaları iştirak edəcək.
