17 may 2011 18:02
Pele də Lionel Messiyə ilişdi
Braziliyalı futbol əfsanəsi Pele argentinalı ulduz futbolçu Lionel Messi barədə maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, Çilinin "La Tercera" qəzetinə danışan Pele İspaniyanın “Barcelona” klubunun üzvünün hazırda dünyanın ən yaxşısı olduğunu, amma bunun nə qədər davam edəcəyini bilmədiyini deyib:
"Keçmiş futbolçular Yohan Kroyff, Mişel Platini və Alfredo Di Stefano Messidən daha yaxşı futbolçu idi. Messi milli komandada tamam başqa bir oyunçu kimi gönrünür, "Barselona"da başqa... Fərq "Barselona"nın daha güclü və təşkilatlınmış komanda olmasıdı".
