17 may 2011 18:23
Qarabağ`ın oyunçusu üçün mövsüm erkən bitdi
“Qarabağ” mövsümün sonuncu oyununa tam hazırdı. Azerisport.az xəbər verir ki, sabah Premyer Liqanın 32-ci turunda AZAL-ın qonağı olacaq Ağdam təmsilçisi hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.
Günün tək çalışması bu gün saat 12:00-da baş tutub. Komandanın sonuncu məşqi Suraxanı qəsəbə stadionunda keçirilib və 1 saat davam edib. Komandada AZAL-a oyunqabağı sadəcə bir itki var. Sonuncu “Neftçi”ylə oyunda sarı vərəqə alan Devran Ayhan vərəqə limitini doldurması səbəbindən mövsümün qapanış matçını buraxacaq.
Xatırladaq ki, AZAL – “Qarabağ” oyunu mayın 18-də Şüvəlan qəsəbə stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
